Rihanna parikini çıxartdı - FOTO
    • 12-06-2024, 11:44
    • 303

Rihanna parikini çıxartdı - FOTO

Dünyaca məşhur Barbadoslu müğənni Rihanna həm musiqi karyerasında, həm də iş dünyasında qazandığı uğurlarla adından söz etdirib. Savage X Fenty adlı alt paltarı və Fenty Beauty adlı gözəllik brendi olan müğənni Rihanna brendini genişləndirir.

News24.az xəbər verir ki, son zamanlar imicini sarışına dəyişən müğənni "Fenty Hair" adlı saça qulluq brendini təqdim etməyə hazırlaşır.

36 yaşlı ulduz Los-Ancelesdə Rihanna x Fenty Hair brendinin təqdimat mərasimində iştirak edib. Sonuncu dəfə uzun sarı saçları ilə kameralar qarşısına keçən Rihanna qısa və qıvrım saçları ilə diqqət çəkib.

Parikini bir kənara qoyan ulduz uzun müddət sonra ilk dəfə təbii saçları ilə görüntülənib.

Onu da qeyd edək ki, Fenty Beauty adlı gözəllik brendi olan Rihanna 1,4 milyard dollar qazancı ilə dünyanın ən varlı qadınları siyahısında 23-cü yerdədir.

RZA və Riot adlı iki övladı olan müğənni sərvətinin böyük hissəsini gözəllik brendinə borcludur. Digər tərəfdən, müğənni Savage x Fenty alt paltarı markasının 28 faizinə sahibdir.

Günel Məlikzadə