-
- 17-08-2024, 16:49
- 278
Gürcülər, ermənilər, yoxsa azərbaycanlılar çox yaşayır? - Statistika AÇIQLANDI
Gürcüstanda orta ömür uzunluğu Avropa İttifaqı ilə müqayisədə 7 il azdır.
News24.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi yayıb.
“Orta ömür uzunluğu 74 ildir, qadınlar (79,2) kişilərdən (69,7 il) daha çox yaşayır. Bu göstəriciyə görə Gürcüstan 200 ölkə arasında 101-ci yerdədir.
Qonşulara gəlincə, Gürcüstan yalnız Rusiyanı (73,3 il) qabaqlayır. Türkiyədə orta ömür uzunluğu 77,8 il, Azərbaycanda 74,5 il, Ermənistanda 75,8 ildir.
Avropada bu siyahıya İspaniya liderlik edir. İnsanlar orta hesabla 84 il yaşayır. Sonrakı yerləri isə İtaliya (83,7 il) və Malta (83,6 il) tutur.