48 ildən sonra bəraət aldı, milyonlar qazandı
    • 17-08-2024, 17:47
    • 219

48 ildən sonra bəraət aldı, milyonlar qazandı

ABŞ-da 48 il həbs cəzası çəkən kişiyə bəraət verilib.

News24.az Lent.az-a istinadla bildirir ki, 1974-cü ildə Qlinn Ray Simmons Oklahoma ştatında soyğunçuluq və qətldə şübhəli bilinərək edam cəzasına məhkum edilib. Sonradan bu qərar ömürlük cəza ilə əvəzlənib.

O, 2023-cü ildə verdiyi şikayət əsasında sərbəst buraxılıb. Simmons polisin sənədləri təhrif etdiyini və prokurorluğun məhkəmə gedişatında dəlilləri açmadığını iddia edərək 7.15 milyon dollar təzminat tələb edib. Keçmiş məhkum bu iddia ilə çıxış etdiyi məhkəməni qazanıb.

1974-cü ildə məhkum olunan kişinin adı günahsız yerə ən çox həbsdə yatan şəxs olaraq beynəlxalq siyahıya salınıb.