İlanı paltaryuyanda belə yudular
    • 17-08-2024, 19:47
    • 275

İlanı paltaryuyanda belə yudular

Türkiyənin Hakkari vilayətində sakinlərdən biri paltaryuyan maşında paltar yuyarkən maşında ilan olduğunu görüb.

News24.az lent.az-a istinadən bildirir ki, Gazi Çetintaş adlı vətəndaş dərhal maşını dayandırıb, ilanı maşından çıxarıb və çölə buraxıb.

Maraqlısı odur ki, ev sahibi çirkli paltarların olduğu səbətdən paltarları maşına qoyarkən ilanın olduğunu hiss etməyib.

O yalnız paltaryuyan maşın işə düşdükdən sonra orada ilan olduğunu görüb.