-
- 19-08-2024, 09:14
- 195
Seldən 227 min 500-ə yaxın adam zərər çəkib
Qərbi Afrika ölkələrindən olan Nigeriyada davam edən leysan yağışları selə, daşqınlara səbəb olub.
News24.az xəbər verir ki, məsələ ilə bağlı Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) sözçüsü Ezekiel Manzo yazılı açıqlama verib.
O, ölkədə davam edən yağışlar səbəbindən 27 ştatda daşqınların baş verdiyini bildirib.
227 min 494 adamın daşqınlardan zərər çəkdiyini qeyd edən Manzo, 32 min 837 evin zərər gördüyünü bildirib.
Eyni zamanda, daşqınlar səbəbiylə 16 min 488 hektar kənd təsərrüfatı sahəsinə və əkin sahəsinə ziyan dəydiyini bildirən Manzo, icmalara daşqınlara sürətli reaksiya üçün hazır olmalarını tövsiyə edib.
Nigeriyanın Su Nazirliyi isə ölkənin bəzi bölgələrində güclü yağış və daşqınlarla bağlı xəbərdarlıq edib.
Günel Məlikzadə