-
- 8-07-2024, 16:01
- 261
Musson yağışları: Ölənlər var
Cənubi Asiya ölkəsi Nepal musson yağışlarının yaratdığı sel və torpaq sürüşmələri ilə mübarizə aparır.
News24.az xəbər verir ki, ölkədə son 36 saatda 14 nəfər həyatını itirib, 12 nəfər yaralanıb, 9 nəfər itkin düşüb. Polis sözçüsü Dan Bahadur Karki itkin düşənlərin axtarışlarının davam etdiyini bildirib.
Qəfil sel və torpaq sürüşməsi səbəbiylə yolların və magistral yolların nəqliyyata bağlandığını bildirən Karki, "Xilasedicilər yolları açmağa çalışır" deyib. Nepalın paytaxtı Katmanduda çoxlu çaylar daşıb, çoxlu evləri su basıb.
Nepalın cənub-şərqindəki Bihar əyalətindəki Koşi çayının təhlükəli səviyyəyə qalxdığını bildirən Sunsari bölgəsinin yüksək səviyyəli rəsmilərindən Bed Raj Phuyal, "Koşinin axın sürəti artır və bizdən xahiş edirik ki, Bölgə sakinləri ola biləcək daşqınlara qarşı diqqətli olsunlar”. Bed Raj Phuyal çayın axınının normadan iki dəfə güclü olduğunu bildirib.
Digər tərəfdən, Nepal rəsmiləri Gandaki, Rapti və Şarda çaylarının axınlarının da artdığını açıqlayıb.
Qeyd edək ki, Cənubi Asiyada 170 milyon əhalisi olan Banqladeşdə leysan yağışların səbəb olduğu seldə 8 nəfər həyatını itirib.
Banqladeş Fəlakətlə Mübarizə Nazirliyinin katibi Kamrul Həsən açıqlamasında bu həftə ölkəyə təsir edən yağışların balansını verdiyini bildirib:
“2 milyondan çox insan daşqınlardan zərər çəkib. Ölkənin 64 rayonundan 17-si zərər çəkib.
Köçkünlər üçün yüzlərlə sığınacaq açıldığını qeyd edən Həsən, ölkənin şimal bölgəsindəki çətin bölgələrə də ərzaq və yardım göndərildiyini bildirib.
Günel Məlikzadə