Sel fəlakəti: ÖLƏNLƏR VAR
    • 14-05-2024, 13:10
    • 187

Sel fəlakəti: ÖLƏNLƏR VAR

Keniya aprelin ortalarından bəri davam edən leysan yağışları səbəbindən daşqınların təsiri altına düşüb.

News24.az xəbər verir ki, hökumət sözçüsü İsaak Mvaura ölkədə baş verən daşqınlarla bağlı mətbuata açıqlama verib.

Seldə həyatını itirənlərin sayının 277-yə yüksəldiyini bildirən Mvaura, əlverişsiz hava şəraitinin təxminən 411 min insana təsir etdiyini və 56 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

Ölkə daxilində 62 sağlamlıq mərkəzinin zərər gördüyünü qeyd edən Mvaura epidemik xəstəliklərin görünməyə başladığını və 53 vəba hadisəsinin aşkar edildiyini bildirib.

Digər tərəfdən Keniyada daşqınlar nəticəsində 9 min dekar kənd təsərrüfatı sahəsi zərər görərkən, 4 min ferma heyvanı tələf olub.

Hökumət daşqınlardan zərər çəkənlər üçün 167 düşərgə yaradıb.

Qeyd edək ki, Keniya da daxil olmaqla Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri leysan yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.

Günel Məlikzadə