-
- 19-08-2024, 19:23
- 409
Qatil hüceyrələr xərçəngin əlacına çevrilir…
"Killer" hüceyrələr uşaq beyin xərçənginin nadir formasının şişlərini effektiv şəkildə məhv edə bilir.
News24.az axar.az-a istinadən bildirir ki, bu məlumatı amerikalı alimlər "Bioactiv Materials" jurnalına müsahibəsində deyiblər.
Bildirilib ki, bədənin sağlamlığına nəzarət edən və viruslara, bakteriyalara və digər patogenlərə hücum edən hüceyrələr uşaqlarda mərkəzi sinir sistemini əhatə edən nadir xərçənglə mübarizədə ümüdberici görsənir:
"Killer və yaxud qatil hüceyrələr bədənin polisidir. Məqsədimiz bu hüceyrələrin həm kəmiyyətini, həm də keyfiyyətini artırmaq, onları daha güclü etməkdir", - tədqiqatın aparıcı müəllifi vurğulayıb.
O, komandası ilə birlikdə bu hüceyrələrin bədxassəli "rabdoid" şiş kimi tanınan xüsusi xərçəng növünü məhv etmək qabiliyyətini təhlil edib.
Mütəxəssilər qeyd edib ki, indiyə qədər beyin xərçəngindən əziyyət çəkənlər üçün standart terapiya yox idi. Odur ki, bu xəstəliyin ənənəvi üsullarla (kimyaterapiya və ya şüa terapiyası) müqayisədə daha az yan təsirlə müalicə oluna biləcəyini öyrənmək üçün tədqiqatçılar təcrübə aparıblar. İmmunitet sistemi tərəfindən rədd edilmə riskinin qarşısını almaq üçün insan kök hüceyrələri yenidən proqramlaşdırılıb.
Tədqiqat hələ ilkin mərhələdədir.