-
- 4-06-2019, 17:01
- 836
Bakıda milyonlarla pul oğurlandı – DTX-nın tutduğu şəxslərdən YENİ XƏBƏR
Azərbaycanda banklardan kibercinayətkarlıq yolu ilə milyonlarla vəsaiti mənimsəyən əcnəbilərin işi məhkəməyə göndərilib.
News24.az-ın məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin yaxaladığı Rusiya Federasiyasının vətəndaşı Pavel Lunin və Ukrayna vətəndaşı Andrey Serb barəsində Cinayət Məcəlləsinin 177.4-cü, yəni külli miqdarda ziyan vurmaqla oğurluq maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Azərbaycanda banklardan kibercinayətkarlıq yolu ilə milyonlarla vəsaiti mənimsəməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Pavel Lunin və Ukrayna vətəndaşı Andrey Serb saxlanılıblar. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə bəyanatında deyilib.
“P.Lunin və A.Serb 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara köçürülməsi yolu ilə talanmasında şübhəli bilinirlər” - məlumatda qeyd olunub.
Məlumatda o da qeyd olunub ki, “Şübhəlilərin həyata keçiridikləri əməliyyatlar nəticəsində həmin hesablardan MDB ölkələrindəki müxtəlif hesablara, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulub”.
Eyni zamanda qeyd edilib ki, həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində P.Lunin və A.Serba məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.
“P.Lunin və A.Serb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272-ci (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir” - məlumatda vurğulanıb.