-
- 19-08-2024, 13:38
- 195
Yelkənli qayıq batıb: 22 turistdən 7-si itkin düşdü
İtaliyanın Siciliya adasının Palermo sahillərində yelkənli qayıq aşıb.
News24.az xəbər verir ki, yelkənli qayığın batması nəticəsində 2-si İngilis-Fransız, 1-i İrlandiya, 1-i Yeni Zelandiya, 1-i Şri-Lanka və 17-si Böyük Britaniya vətəndaşı olmaqla, 7 nəfərin itkin düşdüyü bildirilib.
İtaliya Sağlamlıq Təhlükəsizliyi tərəfindən edilən açıqlamada, İngiltərə bayrağı daşıyan 50 metrlik yelkənli qayığın gün çıxanda qasırğa və dalğalı dənizin vurduğu bölgədə batdığı, biri uşaq olmaqla 15 nəfərin xilas edildiyi bildirilib.
İtaliya yanğınsöndürmə idarəsinin dalğıcları sahildən yarım mil aralıda, təxminən 50 metr dərinlikdə yerləşən gəminin ətrafında axtarışlarını davam etdirirlər.
Məryəm İlhamqızı