-
- 19-08-2024, 14:12
- 162
Hindistanın baş naziri bu ölkələrə SƏFƏR EDƏCƏK
Hindistanın baş naziri Narendra Modi Polşa və Ukraynaya səfər etməyi planlaşdırıb. O, avqustun 21-dən 23-dək iki qonşu ölkəyə səfər edəcək.
News24.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı məlumat yayıb.
"Xarici İşlər Nazirliyi Baş nazir Narendra Modinin avqustun 21-23-də Polşa və Ukraynaya səfər edəcəyini açıqlayıb", - telekanal bildirib.
Telekanal bildirib ki, əsas diqqət ölkələr arasında hərbi-texniki əməkdaşlığa veriləcək. “Lakin Polşa hakimiyyətinin fikrincə, danışıqlar iki ölkə arasında siyasi, ticari və iqtisadi əməkdaşlığa aid olacaq”, - NDTV xəbər verib.
Qeyd olunub ki, Hindistanın baş nazirinin Polşaya səfəri son 40 ildə ilk olacaq. Bu, həmçinin ölkələr arasında mövcud diplomatik əlaqələrin qurulmasının 70 illiyinə həsr olunacaq.
Modinin Ukraynaya səfərinin təfərrüatları barədə isə məlumat verilməyib.
Məryəm İlhamqızı