-
- 19-08-2024, 23:35
- 240
Nasir Kənanidən Ermənistan AÇIQLAMASI
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani brifinq zamanı ABŞ-ın Ermənistana silah satmasıyla əlaqədar İranın mövqeyi ilə bağlı sualı cavablandırıb.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Mənim sizin qeyd etdiklərinizlə bağlı faktiki məlumatım yoxdur və bu xəbərləri şərh edə bilmərəm”, - deyə Kənani bildirib.
İranlı diplomatın sözlərinə görə, onlar ABŞ-Ermənistan münasibətlərini şərh etmirlər, lakin ABŞ-ın regiondakı roluna şübhə ilə yanaşırlar.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ermənistan-İran münasibətlərinə də toxunub.
“Əsas odur ki, İran və Ermənistan arasında münasibətlər konstruktivdir və hər iki ölkənin hərtərəfli münasibətləri inkişaf etdirmək üçün ortaq iradəsi var”, - deyə Kənani qeyd edib.