Heydər Əliyev Mərkəzində III Robot Olimpiadası keçirilir - FOTOLAR
    • 4-06-2019, 19:24
    • 1 066

Heydər Əliyev Mərkəzində III Robot Olimpiadası keçirilir - FOTOLAR

Heydər Əliyev Mərkəzində "İNNOFEST" çərçivəsində 8-19 yaşlı yeniyetmə və gənclər arasında III Robot Olimpiadası keçirilir.

News24.az-ın xəbərinə görə, olimpiadanın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Robot Olimpiadası Azərbaycanda ilk dəfə 2017-ci ildə keçirilib: "Həmin vaxt Robot Olimpiadasında 8 ali və orta təhsil müəssisəsindən 22 komanda iştirak etmişdi. 2018-ci ildə olimpiadaya 22 müəssisə 54 komanda qatıldı. 2019-cu ildə baş tutan III Robot Olimpiadasında iştirak üçün 30 müəssisədən 62 komanda qeydiyyatdan keçib. İlk dəfə olaraq olimpiadada Gəncə, Sumqayıt və Lənkərandan olan yeniyetmə və gənclər də iştirak edir". Nazir müavini qeyd edib ki, bu gün dünyada Azərbaycanın milli komputer oyunlarına maraq böyükdür. Yarışlar 6 kateqoriya üzrə keçirilir və yekunda qalib komandalar 8-10 noyabrda Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanacaq.

Qeyd edək ki, olimpiada Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilir.