İlon Maskdan ABŞ AÇIQLAMASI
    • 20-08-2024, 11:49
    • 260

İlon Maskdan ABŞ AÇIQLAMASI

İlon Mask ABŞ hökumətinə qoşulmağa hazır olduğunu bildirib. 

News24.az xəbər verir ki, ötən gün prezidentliyə namizəd Donald Tramp iş adamına potensial dəvəti açıqlayıb.

Tramp qeyd edib ki, seçkidə qalib gələrsə, Maska administrasiyada vəzifə təklif etməyə və ya onu məsləhətçi kimi dəvət etməyə hazırdır. 

Mask sahibi olduğu X sosial şəbəkəsində belə yazıb:

“Mən xidmət etməyə hazıram”.

Xatırladaq ki, Mask bundan əvvəl ölkənin yeni prezidenti üçün 5 noyabrda keçiriləcək seçkilərdə Trampı dəstəklədiyini bildirib.

Məryəm İlhamqızı