Yaşayış binasında yanğın - 3 ev külə döndü
    • 20-08-2024, 11:57
    • 157

Yaşayış binasında yanğın - 3 ev külə döndü

Kastamonunun Tosya rayonunda Ərdoğan Sivrioğluna məxsus evdə naməlum səbəbdən yanğın baş verib.

News24.az xəbər verir ki, yanğın sürətlə böyüyərək bitişik iki evə keçib.

Vətəndaşların xəbər verməsindən sonra bölgəyə Meşə Region Müdirliyi və Tosya Bələdiyyəsinin yanğınsöndürmə briqadaları sövq edilib.

Nəzarət altına alınan yanğında 3 ev tamamilə yanıb.

Yanğın zamanı Sivrioğlunun nəvəsi 17 yaşlı Alperen Bulanıkoğlunun evdə ola biləcəyi ifadə edildikdən sonra, UMKE və polis qrupları evin dağıntılarında axtarışa başlayıb.

Məryəm İlhamqızı