Təxminən 2 hektar ərazi yandı
    • 24-06-2024, 23:40
    • 255

Təxminən 2 hektar ərazi yandı

Kütahyanın Çifteoluklar və Akçamescit kəndləri arasındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

News24.az xəbər verir ki, yanğın fərq edildikdən sonra bölgəyə qruplar sövq edilib.

Su çiləyiciləri və yanğınsöndürmə helikopterləri ilə alovu nəzarət altına alan qruplar soyutma işlərinə başlayıb.

Qeyd edək ki, meşə yanğını nəzarət altına alınıb. Yanğında təxminən 2 hektar ərazi zərər görüb. Soyutma işlərini davam edir.

Günel Məlikzadə