Ata və 10 yaşlı qızı evdə ÖLÜ TAPILDI
    • 20-08-2024, 09:49
    • 696

Ata və 10 yaşlı qızı evdə ÖLÜ TAPILDI

Manisanın Akhisar rayonunda ata və 10 yaşlı qızı evdə ölü tapılıb.

News24.az xəbər verir ki, yaşayış binasının 3-cü mərtəbəsində yaşayan 49 yaşlı Ömür Ö-dən xəbər ala bilməyən qohumları mənzilə gəliblər.

Yaxınları evə girib, ata və 10 yaşlı qızın hərəkətsiz olduğunu görüblər.

Xəbər üzərinə tibb işçiləri və polislər evə gəlib. Həkimlərin müayinəsi nəticəsində ata və qızın öldüyü müəyyən edilib.

Onu da qeyd edək ki, polislər evdə apardıqları araşdırma zamanı Ömür Ö-nin yazdığı zənn edilən iki məktub tapıblar.

Günel Məlikzadə