-
- 20-08-2024, 12:56
- 374
Putindən yeni QƏRAR
Putinin imzaladığı fərmanla bəzi əcnəbilərin Rusiyada yaşamaq icazəsi alması prosesi sadələşdirilib.
News24.az NTV-yə istinadən xəbər verir ki, müvafiq olaraq, ənənəvi dəyərləri dəstəkləyən və neoliberal dəyərlərə qarşı çıxan insanların yaşayış icazəsi alması asanlaşıb. Bu əcnəbilər rus dili, rus tarixi və qanunlarını əhatə edən imtahanlardan azad olunacaqlar.
Fərmana əsasən, Rusiya hökuməti öz vətəndaşlarına “dağıdıcı neoliberal ideyaların tətbiq edildiyi” ölkələrin siyahısını da hazırlayacaq.
Qeyd edək ki, Rusiyada LGBT hərəkatı 2023-cü ilin noyabrında “ekstremist” hesab edilib və ölkədə fəaliyyəti qadağan edilib.
Günel Məlikzadə