Qadının sevgilisini döyüb, ona əxlaqsızlıq təklif edən şəxsə AĞIR CƏZA
    • 20-08-2024, 20:00
    • 223

Qadının sevgilisini döyüb, ona əxlaqsızlıq təklif edən şəxsə AĞIR CƏZA

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda və xuliqanlıqda təqsirləndirilən S.Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

News24.az-ın Pravda.az-a istinadla əldə etdiyi məlumata görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, 18 iyun 2022-ci il tarixdə, saat 23:22-də paytaxt ərazisində yerləşən “Soliton” mağazasının qarşısında əvvəllər tanıdığı zərərçəkmiş Ülkər Əsədova ilə (şərti) ilə qadının qeyri-rəsmi nikah münasibətində olduğu zərərçəkmiş Aydın Hacıyev (şərti) mübahisə edib. Bu zaman qadının halı pisləşib və S.Əliyev məsələnin ona heç bir aidiyyəti olmadığı Aydını nalayiq ifadələr işlədərək bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib. Bundan sonra təqsirləndirilən şəxs saat 23:30 radələrində Ülkəri evlərinə ötürmək adı ilə birlikdə bir qədər piyada gedib. Həmin ərazidəki avtoyuma məntəqəsinin arxa hissəsindəki piyadalar üçün nəzərdə tutulmuş ensiz yolda olarkən qadından cinsi əlaqədə olmağı təklif edib. Ülkər isə bu təklifdən imtina edib. Daha sonra S.Əliyev hirslənib və qadının burun nahiyəsinə yumruqla qüvvətli zərbə endirib, əlindəki əşya ilə onun sol göz nahiyəsindən vurub yerə yıxıb. Bundan başqa, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 284 nömrəli yaşayış binasına daxil olaraq, blokdakı liftə sidik ifraz edib, liftin avadanlıqlarını təpik zərbələri ilə qəsdən zədələyərək qərəzli xuliqanlıq hərəkətləri edib. Sonra S.Əliyev ona irad bildirib sakitləşdirməyə çalışmaq istəyən zərərçəkmiş Vüsal Dadaşlıya (şərti) nalayiq ifadələr işlədib, qulağından yumruqla vuraraq, xəsarətlər yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib