"Atəşkəs razılaşması Netanyahu hökumətini ləğv edə bilər
    • 20-08-2024, 16:55
    • 238

"Atəşkəs razılaşması Netanyahu hökumətini ləğv edə bilər"

İsrailin baş naziri Binyamin Netanyahuya yaxın adlar ölkənin aparıcı qəzetlərindən biri olan “Haaretz”ə danışıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, Netanyahuya yaxın adamlar deyir ki, baş nazir razılıq əldə olunsa belə, birinci mərhələdə nəzərdə tutulan 6 həftəlik atəşkəs tamamlanmadan pozulacağını düşünür.

Məlumata görə, Netanyahu İsrail və HƏMAS-ın razılaşmanın qalan hissəsi ilə bağlı razılığa gələ bilməyəcəyini düşünür.

Qəzzada atəşkəs razılaşmasının Netanyahunun radikal sağçı blokuna mümkün təsirləri də qeyd edilib.

Radikal sağçı İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir dəfələrlə HƏMAS ilə hər hansı bir razılaşma istəmədiyini bildirib.

Ən əlverişli şərtləri təmin edən müqavilə imzalansa belə, Ben-Qvirin hökumətdən istefa verəcəyi iddia edilir.

Digər mühüm ad isə ifrat sağçı maliyyə naziri Bezalel Smotriçdir.

İddia edilir ki, Smotriç istədiyi düzəlişlər edilənə qədər hökumətdə qala bilər, lakin bunlara nail olunmazsa, istefa verib Ben-Qvirə keçə bilər.

İmkan nə olursa olsun, atəşkəs razılaşmasının pozulacağı təqdirdə həm Ben-Qvir, həm də Smotriç hökumətə qayıdacaqları təxmin edilir.

Haaretz xəbərində atəşkəs razılaşmasının Netanyahu hökumətini erkən seçki keçirməyə məcbur etməyəcəyi və koalisiyanın dağılmasına səbəb olmayacağı qiymətləndirilir.

Günel Məlikzadə