42 qadını öldürməkdə günahlandırılırdı: Polis bölməsindən qaçdı
    • 20-08-2024, 16:58
    • 187

42 qadını öldürməkdə günahlandırılırdı: Polis bölməsindən qaçdı

Keniyada həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürməkdə günahlandırılan Collins Jumaisi də daxil olmaqla 13 şübhəli paytaxt Nayrobidəki Gigiri Polis İdarəsindən qaçıb.

News24.az xəbər verir ki, təhlükəsizlik qüvvələri qaçan şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.

Xatırladaq ki, iyulun 12-də Nayrobinin Mukuru rayonunda müxtəlif vaxtlarda öldüyü müəyyən edilən 9 nəfərin cəsədi tapılıb.

İlkin araşdırmalara görə, meyitlərdən 8-nin qadın olduğu müəyyən edilib. Daha sonra həmin yerdə bədən hissələri ilə dolu çantalar tapılıb.

Polis hadisə ilə bağlı saxlanılan 33 yaşlı Collins Jumaisi'nin 2022-ci ildən bəri həyat yoldaşı da daxil olmaqla 42 qadını öldürdüyünü etiraf etdiyini açıqlayıb.

Günel Məlikzadə