-
- 20-08-2024, 17:02
- 193
ÜST-dən "meymun çiçəy"i ilə bağlı maska XƏBƏRDARLIĞI
Ümumdünya Səhiyyə Təşkilatı meymun çiçəyi epidemioloji fövqəladə vəziyyətinə görə maska taxmağı məcburi hesab etmir.
News24.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun rəhbəri Hans Kluge deyib.
Onun sözlərinə görə, virus dəri ilə təmasda, xüsusən cinsi əlaqə zamanı və ya xəstə heyvandan keçir.
Kluge həmçinin qeyd edib ki, meymun çiçəyinin yeni dalğası Avropa ölkələri üçün COVID-19 pandemiyası ilə eyni təhlükə yaratmır.
Büro rəhbəri onu da vurğulayıb ki, 2022-ci ildən etibarən Avropa hökumətləri və səhiyyə müəssisələri lazımi cavab tədbirlərini mənimsəyə bilib. Lakin onun sözlərinə görə, təhlükəni tam aradan qaldırmaq üçün nə kifayət qədər resurs, nə də bu məqsədə nail olmaq istəyi olub.
Məryəm İlhamqızı