-
- 16-08-2024, 11:51
- 505
Meymunçiçəyi virusu Avropaya yayıldı: İsveç ilk yoluxmanı açıqladı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Direktoru Hans Kluge İsveçin Afrika regionundan kənarda ilk Mpox virusu (Meymunçiçəyi) hadisəsini təsdiqlədiyini bildirib.
News24.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) X sosial media platformasında məsələni paylaşıb.
İsveçin Afrika bölgəsi xaricində ilk M-pox hadisəsini təsdiqlədiyini qeyd edən Kluge xatırladıb ki, ÜST dünən M-pox virusunun Konqo Demokratik Respublikasında və bir sıra ölkələrdə sürətlə yayılmasından sonra “beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti təşkil edir”.
"İsveç səhiyyə orqanları, yoluxmuş şəxsin Afrikada mpox epidemiyasının olduğu bölgəyə getdiyini açıqlayıb" Kluge dedi.
Yoluxmuş şəxsin simptomlarına görə müalicə edildiyini bildirən Kluge, xəstənin təcrid olunması və təmasların izlənməsi də daxil olmaqla, ictimai sağlamlıq tədbirlərinin görüldüyünü vurğulayıb.
"İsveç səhiyyə orqanları vurğulayır ki, geniş ictimaiyyət üçün təhlükə az olsa da, ehtiyatlı olmaq lazımdır" dedi Kluge.
Günel Məlikzadə