Təzə pir məscidində bayram namazı qılınıb - FOTO VİDEOREPORTAJ - YENİLƏNİB
    • 5-06-2019, 13:22
    • 2 325

Təzə pir məscidində bayram namazı qılınıb - FOTO VİDEOREPORTAJ - YENİLƏNİB

Bu gün Azərbaycanda Müqəddəs Ramazan bayramı qeyd olunur. 

News24.az xəbər verir ki, səhər saatlarından etibarən uşaqlı-böyüklü hər kəs bayram namazını qılmaq üçün məscidlərə üz tutub.

 
Ramazan bayramının namazı səhər 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Təzə pir məscidində qılınıb.

Bayram namazına yerli sakinlərlə yanaşı əcnəbilər də qatılıb.

Məscidə axışan insanların çoxluğunu nəzərə alaraq bayram namazı bir neçə dəfə qılınıb.

Bayram namazından sonra açıqlama verən A.Paşazadə ən böyük arzusunun işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasının olduğunu bildirib: “Azərbaycanın firavanlığı, gələcəyi, baş verən hadisələr, yeniliklər elə Təzə pirin özündə, ətrafından baş verən yeniliklər bu dövlətin dinə olan münasibətidir. Allah bizim dövlətimizi, dövlətçiliyimizi, dövlət rəhbərimizi saxlasın. Dövlət rəhbərliyinin sağlamlığı, onun yüksəkliyi xalqımızın, dövlətçiliyimizin hər zaman firavan olması deməkdir. Ona görə də Allah Azərbaycan xalqını saxlasın, bizi qorusun, pis günlərlə imtahan eləməsin. Həyat belədir ki, yaş gəlib çatır, ötən il gördüklərimi bu il görə bilmirəm. Allah təala onlara rəhmət eləsin, mərizlərə şəfa versin. İmkansızlara da Allah imkan yatarsın ki, onlar da firavan yaşasınlar”.

News24.az olaraq Təzə pir məscidində baş tutan bayram namazından olan görüntüləri təqdim edirik:

Teymur MƏMMƏDOV
Foto / Video: Fərid ŞABANOV