Meşədə göbələyin bu növü TAPILDI
    • 20-08-2024, 18:06
    • 195

Meşədə göbələyin bu növü TAPILDI

Penza vilayətinin sakini meşədə tapdığı nadir göbələk Sparassis crispa-nı göstərib. 

News24.az xəbər verir ki, adam tapdığı fotonu yerli göbələk toplayanlar cəmiyyətində VKontakte sosial şəbəkəsində paylaşıb. 

Sakit ov həvəskarı fotoya “Göbələk-qoç və ya dovşan kələmi” şərhini yazıb.

Eyni zamanda kişi nadir tapıntının kəsilmədiyini də açıqlayıb. 

Aydınlaşdırılıb ki, göbələk yeməlidir. Ondan şorba hazırlamaq, həmçinin qızardılmış və qurudulmuş halda istifadə etmək olar. 

Ancaq bu növün toplanması qadağandır, çünki Rusiyanın Qırmızı Kitabına daxil edilmişdir.

Məryəm İlhamqızı