Türkiyədə qayıq batdı: 3 nəfər..
    • 21-08-2024, 07:59
    • 234

Türkiyədə qayıq batdı: 3 nəfər..

Sarıyer Tarabya sahillərində 4 nəfər və 1 itin olduğu qayıq naməlum səbəbdən batıb. 

News24.az xəbər verir ki, qayıq batdıqdan sonra 4 nəfər və onlarla birlikdə bir it sahil xəttinə üzməyə çalışıb. Sahildə oturan vətəndaşlar dənizdə 3 nəfərin kömək çağırışını eşidəndə vəziyyəti polisə, sahil mühafizəsinə və sağlamlıq qruplarına xəbər veriblər. Bu zaman vətəndaşların xəbərdarlığı ilə vəziyyəti görən qayıq kapitanı çimərliyə üzmək istəyən 3 nəfəri və 1 iti gəmiyə mindirərək sahilə aparıb. Sağlamlıq qrupları tədbir olaraq sahilə çıxarılan 3 adam və itə hadisə yerinə müdaxilə edib. 3 nəfərin və adları məlum olmayan itin vəziyyətinin yaxşı olduğu öyrənilib.

Üzməyi bilməyən 1 nəfər isə dənizdə itib. Sahil təhlükəsizlik qrupları dənizdə axtarış aparıb və batan qayığın gözdən itdiyi öyrənilib.

Sahil təhlükəsizlik və polis qrupları itkin düşən şəxsin axtarışlarını davam etdirir.

Günel Məlikzadə