-
- 21-08-2024, 10:35
- 420
Lukaşenko: "Ermənilər bizdən başqa kimə lazımdır?"
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya dövlət televiziyası “Rossiya” kanalına müsahibə verib.
News24.az xəbər verir ki, o, müsahibəsində bir neçə önəmli məqamlara toxunub.
Ermənistanın son zamanlar Qərblə yaxınlaşma siyasəti yürütdüyünə diqqət çəkən Lukaşenko, "Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. Ermənilər öz iqtisadiyyatlarını inkişaf etdirməli və sahib olduqlarına diqqət etməlidirlər. Hansı Fransa, hansı Makrondur. Makron sabah orada olmayacaq və hamı Ermənistanı arzulayacaq" dedi.
Eyni zamanda, Aleksandr Lukaşenko qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri fövqəladə hallarda yardım üçün Rusiya və Belarusa müraciət ediblər.
Günel Məlikzadə