-
- 22-08-2024, 11:42
- 214
Anbarlarımız boşdur, silahlarımız yoxdur - Tramp
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, Birləşmiş Ştatların silah-sursatı yoxdur, çünki Vaşinqton hər şeyi Ukrayna da daxil olmaqla, müttəfiqlərinə verir.
News24.az APA-ya istinadən bildirir ki, Tramp bunu Şimali Karolinada tərəfdarları qarşısında çıxış edərkən deyib.
"Hazırda silah-sursatımız yoxdur. Bilirsiniz, biz onların hamısını Ukraynaya və müxtəlif başqa ölkələrə vermişik. Biz hər şeyi onlara vermişik. Anbarlarımız boşdur", - Tramp qeyd edib.