Putin: Ukrayna Kursk AES-ə hücum etdi
    • 22-08-2024, 16:41
    • 165

Putin: Ukrayna Kursk AES-ə hücum etdi

Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun Kursk, Belqorod və Bryansk vilayətlərinə hücumu ilə bağlı rəsmilərlə görüş keçirib.

News24.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yaxın vaxtlarda Kursk AES-ə mütəxəssislər göndərəcəyinə söz verdiyinə diqqət çəkən Putin, "Ümid edirəm ki, bunu sonunda edəcəklər. Düşmən dünən gecə Kursk AES-ə hücuma cəhd etdi" deyib.

Kursk vilayəti qubernatorunun müavini Aleksey Smirnov görüşdə Putinə elektrik stansiyasındakı vəziyyət barədə məlumat verib.

Məsələ ilə bağlı Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom”un rəsmiləri ilə görüş keçirdiklərini bildirən Smirnov stansiyanın normal işlədiyini bildirib.

Qeyd edək ki, Rosatom avqustun 17-də verdiyi bəyanatda Ukraynanın hücumları səbəbindən Kursk AES ətrafında vəziyyətin pisləşdiyini bildirib.


Günel Məlikzadə