-
- 8-08-2024, 17:25
- 379
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə: Kursk sərhəd bölgəsi atəş altında
Rusiya-Ukrayna müharibəsində iki tərəf arasında münaqişələr Rusiyanın cənub torpaqlarına keçib.
News24.az xəbər verir ki, Donetsk və Luqansk vilayətləri, Xerson və Zaporojya ətrafında iki il yarımdır davam edən müharibə son vaxtlar Ukraynanın şimalında, Rusiya sərhədində daha da şiddətlənib.
Ukrayna ordusunun Rusiyanın Belqorod və Kursk sərhəd bölgələrinə uzaqdan hücumları və vaxtaşırı Rusiya ərazisinə sızması hər iki tərəfin yeni strategiyalar müəyyən etməsinə səbəb olub.
Rusiya bu vəziyyət qarşısında bölgədə yeni tədbirlər görərkən, Xarkov istiqamətində bufer zona yaratmaq üçün Ukraynaya daxil olaraq bəzi yaşayış məntəqələrini nəzarətə götürüb.
Ukrayna həmçinin Qərb ölkələrindən yeni cəlb etdiyi qoşunları, silah və hərbi texnikanı şimaldakı Sumi və Xarkov vilayətlərinə göndərib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dünənki açıqlamasında hücumu "böyük təxribat" kimi qiymətləndirib. Putin müdafiə və hüquq-mühafizə orqanlarının yüksək vəzifəli şəxsləri ilə görüşüb.
Günel Məlikzadə