Rusiya sülh təkliflərini geri götürdü
    • 19-08-2024, 21:30
    • 259

Rusiya sülh təkliflərini geri götürdü

Ukrayna əsgərlərinin avqustun 6-da başlayan Kursk əməliyyatı davam edərkən, Rusiya mümkün sülh danışıqları ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov SHOT xəbər təşkilatı tərəfindən yayımlanan video açıqlamada Kiyevin Rusiyanın Kursk bölgəsinə hücumuna görə Moskvanın hələlik Ukrayna ilə sülh danışıqlarına hazır olmadığını bildirib.

"Rusiya Ukraynaya verdiyi sülh təkliflərini geri götürüb", - Uşakov bildirib.

Digər tərəfdən, Rusiya İstintaq Komitəsi Ukraynanın dünən Kursk vilayətində Seym çayı üzərində üçüncü körpünü vurduğunu bildirib.


Günel Məlikzadə