Şübhəli əşya - Netanyahunun oğlunun evi mühasirəyə alındı
    • 22-08-2024, 20:44
    • 124

Şübhəli əşya - Netanyahunun oğlunun evi mühasirəyə alındı

Mayamidəki dəbdəbəli mənzil qülləsinin sakinləri şübhəli əşya ilə bağlı xəbərdar olduqdan sonra mühasirəyə alınıblar.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Kanal 12" məlumat yayıb.

Bildirilib ki, qülləli ev İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahuya məxsusdur. O, bütün müharibə ərzində ailəsi ilə birlikdə orada yaşayıb.

Mühasirə zamanı Yair qüllədə olmayıb. O, ora çərşənbə günü gəlib.

"Yanğın siqnalı həmin gün səhər saatlarında işə düşüb. Dəqiq bir şey deyə bilmərəm. Amma bunun yanğınla əlaqəli olduğuna inanıram", - deyə göydələnin sakini İsrail mediasına bildirib.

Sakinlər bina administrasiyası və polis şöbəsindən şifrəli mesaj alıb. Onlara mənzillərində qalmaları və pəncərələrə yaxınlaşmamaları bildirilib.

Təxminən üç saat sonra sakinlər mühasirənin ləğv edildiyi və mənzillərini tərk edə biləcəkləri barədə mesaj alıblar.