-
- 23-08-2024, 08:53
- 784
Güclü zəlzələ oldu - DAĞINTI VƏ TƏLƏFAT..
Avstraliyada, Sidneydən 250 km şimal-qərbdə 5 maqnitudada zəlzələ qeydə alınıb.
News24.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geologiya Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 10 km dərinlikdə, dağlarda, təxminən 16 min insanın yaşadığı Masuelbruk şəhəri yaxınlığında yerləşib.
Qeyd olunur ki, zəlzələdən sonra ilk dəqiqələrdə Avstraliyanın Dövlət Geoloji Bürosu yeraltı təkanları hiss edən vətəndaşlardan 1 000-dən çox məlumat alıb.
Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilmir.