"Qızıl top"un qalibi kim olacaq?
    • Bu gün, 13:47
    • 98

"Qızıl top"un qalibi kim olacaq?

Bu gün axşam “France Football” nəşri tərəfindən hər ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatının qalibi məlum olacaq.

News24.az xəbər verir ki, mükafatın təqdimetmə mərasimi Parisdəki “Şatle” teatrında keçiriləcək. Tədbir saat 23:45-də başlayacaq.

"Qızıl top"a namizədlərin siyahısında ilk dəfə olaraq  Ronaldo və Messi yoxdur.

2024-cü il "Qızıl top" mükafatına əsas namizədlər "Real Madrid"in oyunçuları Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxaldır.

“Qızıl top”un son qalibi isə Lionel Messidir. O, həmçinin tarixdə ən çox bu mükafatı qazanan oyunçudur (8 dəfə).

“Qızıl top”a namizədlərin siyahısı:

Cud Bellinqem, Kilian Mbappe, Vinisius Junior, Toni Kroos (karyerasını bitirib), Antonio Rüdiger, Federiko Valverde, Daniel Karvaxal (hamısı “Real”), Ruben Diaş, Erlinq Haaland, Fil Foden, Rodri (hamısı “Mançester Siti”) , Emiliano Martines (“Aston Villa”), Niko Uilyams (“Atletik”), Qranit Caka, Florian Virts, Aleks Qrimaldo (hamısı “Bayer”), Artem Dovbik (”Roma”), Mats Hummels (”Roma”), Dani Olmo (”Barselona”), Lamin Yamal (“Barselona”), Harri Keyn (“Bavariya”), Vitinya (PSJ), Koul Palmer (“Çelsi”), Bukayo Saka, Martin Edeqor, Vilyam Saliba, Deklan Rays (hamısı “Arsenal”), Hakan Çalhanoğlu, Lautaro Martines (hər ikisi “İnter”), Ademola Lokman (“Atalanta”).