Əsəbi qonşu gənc qızı BIÇAQLADI
    • Bu gün, 13:46
    • 160

Əsəbi qonşu gənc qızı BIÇAQLADI

Türkiyədə Ç.E.D. adlı şəxs (17) səhər saatlarında arxasınca getdiyi qonşusu Betül Ç-yə (18) hücum edib.

News24.az xəbər verir ki, təqib nəticəsində həmin şəxs gənc qızın boyun nahiyəsinə bıçaq zərbəsi endirib və onu döyüb. Həmin şəxs daha sonra Betül Ç.-nin mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

Hadisə zamanı ərazidən keçən vətəndaşlar təcavüzkarın arxasınca qaçsalar da, onu yaxalaya bilməyiblər.

Qeyd edək ki, gənc qız xəstəxanaya aparılaraq müalicə olunub. Ç.E.D. isə həbs edilib.

Günel Məlikzadə