6 nəfər yanaraq öldü - DƏHŞƏT
    • 23-08-2024, 12:20
    • 193

6 nəfər yanaraq öldü - DƏHŞƏT

Gecə saatlarında Serbiyanın Novi Sad şəhərinin Salajka rayonunda evdə yanğın baş verib. 

News24.az xəbər verir ki, hadisə yerinə gedən yanğınsöndürənlər yanğını nəzarətə götürərək 2 saatlıq müdaxilədən sonra söndürüb.

Yanmış evə baxış keçirən polis qrupları 4-ü uşaq olmaqla 6 nəfərin eyni ailədən olduğunu və öldüyünü müəyyən edib.

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç verdiyi açıqlamada yanğının elektrikli skuterin doldurulması nəticəsində baş verdiyi şübhəsinə diqqət çəkdiklərini və həyatını itirənlərin cəsədlərinin yarılmaq üçün göndərildiyini bildirib.

Məryəm İlhamqızı