Qayıq çayda batdı: 7 nəfər..
    • 22-08-2024, 16:23
    • 131

Qayıq çayda batdı: 7 nəfər..

Serbiyadan Bosniya və Herseqovinaya keçməyə çalışan 25 qeyri-qanuni immiqrantı daşıyan qayığın səhər tezdən Drina çayında aşıb.

News24.az xəbər verir ki, bu baradə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç məlumat verib.

Polis, xilasetmə qruplarının sürətlə bölgəyə göndərildiyi bildirilib. 

Qəza nəticəsində 7 mühacir çayda itkin düşüb.

Qeyd edək ki, 3-ü uşaq olmaqla 18 nəfərin çay sahilinə çatıb. İtkin düşmüş mühacirlərin axtarışı üçün bölgəyə dalğıc qruplarının göndəriləcəyi də bildirilib.

Günel Məlikzadə