-
- 23-08-2024, 13:40
- 532
ŞAD XƏBƏR! Məktəbli formaları UCUZLAŞDI - VİDEO
"Bu ildən məktəbli formalarının tərkibinə daxil olan şalvar və ətəklərin qiymətində 20% endirim etmişik".
Bu sözləri News24.az-a açıqlamasında Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyib.
"Keçən il şalvar və ətəklər 25 manata satılırdısa bu ildən 20 manat etmişik. Buna səbəb də çoxlu saxta məktəbli formaların olmasıdır ki, həmin formalar da 16-17 manata satılır. Bizdə 25 manat olanda camaat çox pul xərcləməmək, qənaət etmək üçün saxta formaları alırdı. Biz də bu səbəbdən müəssisənin daxili hesabına qiymətlərdə endirim etdik. Bu da valideynləri razı saldı", - deyə bildirib.
Etibar Əzimov əlavə olaraq formaların keyfiyyətindən də danışıb:
"Bundan əlavə bizim materiallar keyfiyyətlidir. Nazirlər Kabinetinin qərarına əsasən polo köynəklər 100% pambıq, şalvar və ətəklər isə 60% yun 40% polyester olmalıdır. Saxta formaların ucuz olma səbəbi də odur ki, həmin formaların tikilişində bu materiallardan istifadə olunmur".
Məryəm İlhamqızı