Azərbaycanda polis avtomobilinin aşması ilə bağlı YENİ XƏBƏR
    • 6-06-2019, 17:10
    • 781

Azərbaycanda polis avtomobilinin aşması ilə bağlı YENİ XƏBƏR

Bir neçə gün əvvəl Qax rayonunda polisə məxsus avtomobilin qəzaya düşməsi nəticəsində həmin avtomobildə aparılan məhbusun xəsarət alması ilə bağlı məlumat yayılmışdı.

News24.az-ın məlumatına görə, həmin hadisəyə görə Balakən Rayon Məhkəməsində təqsirləndirilən şəxs olan Asəf Mustafayevin məhkəməsi təxirə salınmışdı. Artıq xəstəxanaya yerləşdirilən Asəf Mustafayev və polis əməkdaşı ambulator müalicəyə yazılıb və məhkəmə iclasının vaxtı müyyənləşib.

Təkrar dələduzluq əməlində və 5 nəfəri aldadaraq pullarını mənimsəməkdə təqsirləndirilən A.Mustafayevin işi üzrə hazırlıq iclası bu ayın 12-nə təyin edilib. İşə hakim Hümbət Səlimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Qaxda məhbus daşıyan maşının qəzaya düşməsi nəticəsində polis əməkdaşı, 1988-ci il təvəllüdlü Anar İlham oğlu Alışov, məhbuslar - Balakən rayonu Talalar kənd sakini, 1987-ci il təvəllüdlü Asəf Mustafa oğlu Yolçuyev və Balakən rayonu Tülü kənd sakini, 1973-cü il təvəllüdlü Xalid Məcid oğlu Bayramov xəsarət alıblar.