-
- 8-12-2018, 16:57
- 1 013
Şəkidə altı gün əvvəl avtomobilin vurduğu piyada Bakıda müalicə aldığı xəstəxanada ölüb
Şəkidə altı gün əvvəl avtomobilin vurduğu Balakən rayon sakini Bakıda müalicə aldığı xəstəxanalardan birində ölüb.
Balakən rayonu, Meşəşanbul kənd sakini, 1968-ci il təvəllüdlü Ramiz Məhəmməd oğlu Ömərov bu gün səhər saatlarında Bakıda müalicə aldığı xəstəxanada ölüb. R.Ömərovun meyiti müayinə edilmək üçün bu gün günorta saatlarında Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, R.Ömərov dekabr ayının 2-i yaşadığı Balakən rayonundan Şəki şəhərinə tibb kolecində oxuyan qızını ziyarət etməyə gedib. Elə həmin gün axşam saatlarında R.Ömərov şəhərin Sabit Rəhman prospektində yolu keçmək istəyən zaman rayonun Oxut kənd sakini Ülvi Məmmədlinin idarə etdiyi “VAZ 2106” markalı "55-CA-423" dövlət nömrə nişanlı minik avtomibili tərəfindən vurulub. Qəzadan sonra R.Ömərovun müalicəsi Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində aparılıb. Bir neçə gün sonra R.Ömərovun vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi.
Faktla bağlı araşdırma aparılır.
//Report