Azərbaycanda dəhşətli yol qəzası törədən sürücüdən YENİ XƏBƏR
    • 29-10-2019, 10:47
    • 1 082

Azərbaycanda dəhşətli yol qəzası törədən sürücüdən YENİ XƏBƏR

Bu ilin iyun ayında Balakəndə baş verən ağır yol qəzası ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Balakən Rayon Polis Şöbəsində Qandayev Azər Əlihacı oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci, yəni ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə maddəsi ilə açılan işin materialları Balakən Rayon Məhkəməsinə göndərilib. İşə hakim Hümbət Səlimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, iyunun 28-dəBalakən rayonu Qazma kənd sakini Yusif Hacıyevin idarə etdiyi minik avtomobili ilə Bedağar kənd sakini - 1985-ci il təvəllüdlü Azər Əlihacı oğlu Qandayevin idarəetdiyi minik avtomobili toqquşub. Qəza zamanı sürücü Yusif Hacıyev xəsarət almasa da, avtomobildə olan anası - 1964-cü il təvəllüdlü Əmanət Qurban qızı Hacıyeva,  gəlinləri - 1993-cü il təvəllüdlü Türkanə Sultan qızı Hacıyeva və digər avtomobilin sürücüsü A. Qandayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Yaralılardan Ə. Hacıyeva əməliyyat edildikdən bir qədər sonra xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.

Cinayət işi üzrə 4 nəfər zərərçəkən şəxs qismində tanınıb.