İnternet üçün aylıq ödənişi etməyənlərə cərimə gələ bilər?
    • 24-08-2024, 17:06
    • 931

İnternet üçün aylıq ödənişi etməyənlərə cərimə gələ bilər?

İnternet üçün ödəniş etmədiyinə görə 140 manat cərimə edilib. İmişli sakini Mərhəmət Həsənov bildirib ki, internetdən istifadə etmədiyi aylıq ödənişi dayandırıb. Aylar sonra isə ona məhkəmədən cərimə edilməsi ilə bağlı bildiriş gəlib.

Mərhəmət Həsənov qeyd edib ki, 140 manatlıq cərimə onun yeddi aylıq internet ödəniş məbləği qədərdir. Əgər vaxtında bilsəydi, cərimə əvəzinə aylıq ödəniş edərdi. Baxmayaraq ki, əvvəllər ödənişi gecikdirəndə ona bu barədə xəbərdarlıq edilib, son aylarda isə ümumiyyətlə məlumat verilməyib.

News24.az "Xəzər Xəbər"-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı "Aztelekom"dan bildirilib ki, abunəçi yeni tariflərin tətbiq edilməsi ilə bağlı xidmətlərdən imtina etmək istədiyi təqdirdə, bu barədə müraciət etməlidir.

Belə ki, yeni tariflərin tətbiq edildiyi gündən 30 gün müddətində yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətini dayandıra bilər. Bu halda xidmətlərdən imtina ilə bağlı abunəçidən modemin geri qaytarılması istənilir və həmin avadanlığın dəyəri tələb edilmir.