Avropanın 400 klubu:
    • 24-08-2024, 22:17
    • 591

Avropanın 400 klubu: "Qarabağ" neçəncidir?

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, siyahıda qitənin 400 klubu yer alıb.

Azərbaycanın dörd komandası ən yaxşılar arasındadır. "Qarabağ” 279 xalla 59-cu pillədə qərarlaşıb.

"Neftçi” 19 xalla 250-ci, "Sabah” 15 xalla 275-cidir. 11 xala malik "Zirə” 299-cudur.

Qeyd edək ki, cədvələ "Real” başçılıq edir – 2362 xal.