“Qarabağ”ın Avropadakı mövqeyi açıqlandı
    • 17-06-2024, 15:06
    • 200

“Qarabağ”ın Avropadakı mövqeyi açıqlandı

Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, cədvəldə qitənin 400 klubu yer alıb.

Azərbaycan siyahıda 4 komanda ilə təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır.

Ölkə çempionu 259 xalla 62-ci yedədir. “Neftçi” 19 xalla 245-cidir. Dörd xal geri qalan “Sabah” 267-ci, 6 xala malik “Zirə” 336-cı yerdədir.

Qeyd edək ki, siyahıya 2362 xalı olan “Real” başçılıq edir.