Azyaşlı uşaq pəncərədən YIXILDI
    • 26-08-2024, 10:49
    • 289

Azyaşlı uşaq pəncərədən YIXILDI

Rusiyanın Ryazan vilayətində bir yaşlı uşaq 3-cü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.

Hadisə Kosmonavtov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Zərərçəkmiş çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə zamanı onun 11 yaşlı bacısı uşaqla birlikdə evdə olub. 

Hadisə ilə bağlı araşdırma aparılır. 

Məryəm İlhamqızı