“Qarabağ”ın futbolçusu karyerası ilə bağlı qərarını VERDİ
    • 10-05-2023, 18:20
    • 254

“Qarabağ”ın futbolçusu karyerası ilə bağlı qərarını VERDİ

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin karyerası ilə bağlı qərarı bəllidir.

News24.az fanat.az-a istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi bir müddət öncə peşəkar futbolçu karyerasını bitirmək barədə düşünsə də, fikrindən daşınıb.

Maksim azı daha bir mövsüm Ağdam təmsilçisinin formasını geyinəcək. O, daha dəvət almadığı yığmadan əlini üzsə də, “Qarabağ”la müqavilə yenləyəcək.

Qeyd edək ki, Medvedev cari mövsüm Azərbaycan Premyer Liqasında 12 matça çıxsa da, məhsuldar göstəriclərlə yadda qalmayıb. Bundan başqa, Azərbaycan Kubokunda 1 görüşdə meydana çıxan arxa xətt oyunçusu avrokuboklarda 6 dəfə Qurban Qurbanovun etimadını qazanıb.