-
- 26-08-2024, 17:00
- 306
Uber-ə 290 milyon cərimə
Hollandiyanın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) Uber-in Birlik qanunlarını pozaraq sürücü məlumatlarını ABŞ-a ötürdüyü üçün cərimələndiyini açıqlayıb.
News24.az xəbər verir ki, açıqlamada, Uber-in Avropadakı taksi sürücülərinin bank hesabları, taksi lisenziyaları, yerlər, fotoşəkillər, ödəniş məlumatları, şəxsiyyət sənədləri, cinayət və tibbi qeydlər kimi müxtəlif şəxsi məlumatlarının lazımi qaydada qorunmadığı və müvafiq qaydada ABŞ mühafizə orqanlarına göndərildiyi bildirilib.
Bu səbəbdən Hollandiyanın Uber-i 290 milyon avro cərimələndiyi vurğulanıb.
Eyni zamanda, Uber-in Avropa mərkəzinin Hollandiyada olduğu və Fransadakı sürücülərin şikayəti ilə araşdırmaya başlanıldığı, şirkətin söz mövzusu məlumat ötürülməsinə son verdiyi ifadə edilib.
Günel Məlikzadə