Bu şirkət bir müddət daha İsrailə uçmayacaq
    • 26-08-2024, 17:11
    • 226

Bu şirkət bir müddət daha İsrailə uçmayacaq

İtaliyanın hava yolu şirkəti ITA Airways, Yaxın Şərqdəki gərginlik səbəbindən İsrailin paytaxtı Təl-Əvivə və oradan uçuşların dayandırılmasını sentyabrın 3-dək uzaddığını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə İtaliyanın hava yolu şirkəti ITA Airways-dən yazılı açıqlama edilib:

"Yaxın Şərqdəki geosiyasi hadisələrlə əlaqədar sərnişinlərin və ekipajın təhlükəsizliyini qorumaq üçün, ITA Airways, 3 sentyabra qədər Təl-Əvivə və oradan olan bütün uçuşları dayandırmağı qərara alıb".

Açıqlamada həmçinin bildirilib ki, şirkət Roma-Təl-Əviv və Təl-Əviv-Roma planlı gecə reyslərini sentyabrın 30-dək dayandırıb.

Məryəm İlhamqızı