-
- 8-08-2024, 10:37
- 226
20 aviaşirkət İsrailə uçuşları dayandırdı
İsraildə yayımlanan Kanal 12-nin xəbərində Yaxın Şərqdə artan təhlükəsizlik gərginliyi səbəbiylə İsrailə gediş-gəliş uçuşlarını dayandıran xarici hava yolu şirkətlərinin sayının artdığı bildirilib.
News24.az xəbər verir ki, dönüş reysi olmadığı üçün ölkə xaricində qapalı qalan İsrail vətəndaşlarının sayı təxminən 150 min olub.
Xəbərdə İrlandiyanın hava yolu şirkəti Ryanair'in 8 avqusta, İspaniyada yerləşən Air Europa və Bolqarıstanda yerləşən Bulgaria Air'in 9 avqusta, İtaliyanın hava yolu şirkəti ITA və Xorvatiya Hava Yollarının avqustun 10-a qədər uçuşları dayandırdığı qeyd olunub.
Bildirilib ki, Latviyada yerləşən AirBaltic, Hindistanda yerləşən AirIndia və İspaniyada yerləşən Iberia Express şirkətləri İsrailə uçuşları avqustun 11-dək, Polşanın milli aviaşirkəti LOT isə avqustun 12-dək İsrailə uçuşları dayandırıb.
Rumıniyada yerləşən Tarom aviaşirkəti, Almaniyanın Lufthansa aviaşirkəti, Swiss International Airlines (İsveçrə), Avstriyanın milli aviaşirkəti Austrian Airlines, Brussels Airlines və Almaniyanın Eurowings aviaşirkətləri də avqustun 13-dək İsrailə uçuşlar həyata keçirməyəcək.
ABŞ-da yerləşən United Airlines və İspaniyada yerləşən Vueling Airlines şirkətlərinin də növbəti xəbərdarlığa qədər İsrailə uçuşları dayandırdığı bildirilib.
Məryəm İlhamqızı