Lufthansa Yaxın Şərqə uçuşları LƏĞV ETDİ
    • Bu gün, 19:50
    • 50

Lufthansa Yaxın Şərqə uçuşları LƏĞV ETDİ

Lufthansa şirkəti Yaxın Şərqdəki hadisələrdən sonra bölgəyə uçuşlarda dəyişikliklər edildiyini açıqlayıb.

“Yenilənmiş təhlükəsizlik təhlili əsasında Lufthansa Qrupu yenidən Yaxın Şərqdəki xidmətlərini tənzimləyir”, - deyə məlumatda bildirilib.

Açıqlamada avqustun 8-i də daxil olmaqla İranın paytaxtı Tehrana bütün uçuşların ləğv edildiyi, Beyruta uçuşların ləğvinin bir həftə uzadıldığı və bu uçuşların avqustun 12-nə qədər həyata keçirilməyəcəyi bildirilib.

Həmçinin, Tel-Əvivə bütün sərnişin və yük uçuşlarının avqustun 8-dək müvəqqəti olaraq dayandırıldığı, Əmman və Ərbilə uçuşların isə eyni tarixə qədər həyata keçirilməyəcəyi qeyd olunub.

Şirkət ləğvlərdən təsirlənən sərnişinlərə pulsuz rezervasiya dəyişdirmə və ya ləğv etmə variantları təklif edərək, mövcud vəziyyətin yaratdığı sıxıntıya görə təəssüfləndiklərini ifadə edib.

Qeyd edək ki, Lufthansa Qrupuna Eurowings, Swiss, Austrian Airlines və Brussels Airlines kimi şirkətlər də daxildir.

Məryəm İlhamqızı